mobil versiya

"Fitch Ratings": "Ermənistan görünməmiş addım atdı"




Beynəlxalq reytinq Agentliyi “Fitch Ratings” İrəvanın reytinqlərini geri götürdü. Səbəbsə çox sadədir: Ermənistan reytinq prosesində iştirak etmək istəmir.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, “Fitch Ratings” dünya ölkələrin aylıq, rüblük və illik iqtisadi-sosial reytinqini hazırlayır. Agentilyin son hesabatında Ermənistanın potensialı  “B +” qiymətləndirilmişdi. Bu isə iqtisadi tənəzzül deməkdir. Görünən odur ki, Ermənistan höküməti ölkə iqtisadiyyatının bərbad durumunun dünyaya faş olmaması üçün “Fitch Ratings”lə əməkdaşlıqdan geri çəkilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 24-11-2020, 14:30