mobil versiya

Şalva Mağlakelidzenin xatirələrindən




Şalva Mağlakelidzenin «Yaxın keçmişdən –Mesxet ətrafında baş verənlərdən bir parça» adlı xatirələrindən: "Erməni faytonçusu mahnı oxuya-oxuya və hay-küylə məni Axalsixeyə tərəf aparırdı.  

Bu şəhəri əvvəllər görməmişdim. Potsxov çayı üzərindəki Axalsixenin köhnə  və yeni hissəsini birləşdirən körpüdən keçəndə əhd  cındırına çevrilmiş  türk geyimində olan qoca odunla yüklənmiş eşşəyin  qulaqlarından yapışaraq irəli dartırdı.  Eşşək isə yerindən tərpənmirdi,  erməni uşaqları  cumaraq qocaya və eşşəyə  çubuqlar vururdular. Elə orada yaxınlıqda duran erməni alverçiləri bu mənzərəni seyr edərək  çox ləzzət alırdılar və uşaqları  da qızışdırırdılar.  Faytondan aşağı düşdüm. Uşaqlar məni görən kimi dağılışdılar. Gözləri yaşla dolmuş qoca öz-özünə nəsə donquldanırdı. Mənim rusca verdiyim suala cavab verə bilmədi. Mən türkcə bilmirdim, ermənilərin söhbətə qarışmasını istəmədim.

Əvvəlcə bu qocanı və eşşəyi oxşadım, elə orada  körpünün başında  «qorodovoy» dururdu. İşarə etdim, yanıma gəldi. Ondan rus dilində qocaya belə əzab verdikləri halda, guya  ona heç də aidiyyatı olmadığı kimi davranırsa, burada hansı nizam-intizamın mühaizəçisi olduğunu soruşdum.  O, normal şəkildə mənə izah edə bilmədi: Rabatlıyam, bax, bu körpünün  yuxarısı Axalsixenin  köhnə hissəsidi,-dedi. Odur ki, onunla gürcü dilində danışdım, «qaradavoy» rabatlı yəhudi imiş.

O mənə  Axalsixe şəhərinin yeni hissəsində ermənilərin nüfuzunun necə güclü olduğunu və polis olduğundan belə işlərə qarışmağa ərk edə bilmədiyini  söylədi.  Aydın oldu ki, müsəlman kəndli  odunu qapana satmağa aparımış. Orda ona erməni uşaqları ilişməyə başlayaraq şəhərdən qovurmuşlar.  Elə həmin an  «qaradovoy»a, eşşəyi elə geri qapana apamasını və onun sahibinə qaytarmasını, orada göz yetirməsini və şəhərdən yola salmasını tapşırdım.  Qoca mənim yanıma gələrək əllərimdən öpməyə başladı: «Erməni düşməndir, gürcü qardaş»- deyərək yazıq  mızıldayırdı".

SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 28-11-2020, 21:00