mobil versiya

DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 20-də..




Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən REPORTYOR.AZ-a  verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 19-01-2021, 14:46