mobil versiya

Yüksək vəzifəli ERMƏNİ QADIN təyyarə ilə ölkədən qaçdı



Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Liana Torosyan ölkəni tərk edib.

GUNinfo.az xəbər verir ki, “Joqovurd” qəzeti onun qaçdığını iddia edir.

Belə ki, işdən çıxarılan Torosyan bundan sonra Polşada yaşayacaq.

Liana Torosyan əvvəlcə məzuniyyət ərizəsi yazaraq Polşaya yola düşüb və daha sonra oradan qayıtmayacağını bildirib.

Nəşrin yazdığına görə, Torosyanın ölkədən getməsi gözlənilməz olub. Bir çox mənbələr onun bu addımını koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanması ilə əlaqələndirirlər.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 23-01-2021, 12:20