Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş sərgi-tədbir KEÇİRİLDİ – FOTOLAR

Reportyor.az  bildirir ki, bu gün Binəqədi rayon Gənclər Evində “Cahan Art Studio” və “Region Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Sumqayıtın dünəni və bu günü” mövzusunda sərgi-tədbir keçirilmiş. Sərgidə “Cahan Art Studio” nun şagirdləri Sumqayıta həsr etdikləri şəkilləri sərgilədilər.

Tədbiri ilk öncə “Region Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə xanım Məhərrəmova açaraq, Sumqayıt haqqında məlumat verdi və sonra Sumqayıtın dünəni və bu gününə həsr olunmuş video çarxı gələn qonaqlara təqdim etdi. “Cahan Art Studio”nun rəhbəri Nigar xanım Arif fəaliyyəti və uşaqların çəkdikləri şəkillər haqda gələn qonaqlara məlumat verdi. Tədbir zaman uşaqlar master klas sərgiləyərək, 15 dəqiqə ərzində kətan, şüşə və parça üzərində işləyərək, çəkdikləri rəsmləri nümayiş etdirdilər.

Sonda tədbir təşkilatçıları tədbirin təşkilində yaxından köməklik göstərən Binəqədi rayon Gənclər Evinin rəhbəri Ələkbər bəy Mustafayev və əməkdaşlarına öz dərin təşəkkürlərini bildirdilər.

Tədbirdə Nyu-York, Bruklində fəaliyyət göstərən “My Way” Uşaq və Gənclər Mərkəzinin prezidenti Alyona xanım Bədəlova, “Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiyanın kordinatoru, Qarabağ qazisi Növrəstə xanım Yusifova, Mədəni İnkişaf Mərkəzinin rəhbəri Gəray Əlibəyov, QHT sədrlərindən Mehriban xanım Abdullayeva və Taleh Əliyev, “ABC” Tədris Mərkəzinin rəhbəri Leyla xanım Həsənova və digər qonaqlar iştirak etdilər.

 

Mövzuya dair fotomateriallar:

 

 Share
Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle