Tovuz sakini qidadan zəhərlənərək öldü

Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.

Reportyor.az  xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.

Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb.

Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle