Türkiyə-Azərbaycan birgə hərbi təlimləri İrəvanda təşviş doğurub: “Əsas düşmən Ermənistandır” – TƏHLİL

Aram Sərksyan

ru.1-in.am (Ermənistan), 29.04.2019

Azərbaycanda bir neçə gündən sonra Azərbaycan və Türkiyə hərbi birləşmələrinin birgə hərbi təlimləri başlanacaq. Azərbaycan Müdafiə Nazirliyi rəsmi saytının xəbər verdiyi kimi, bu il mayın 1-3-də Azərbaycanda “Mustafa Kamal Atatürk-2019” şüarı altında Türkiyə-Azərbaycan taktiki təlimləri keçiriləcək.

Göstərilən təlimlərə qatılacaq Türkiyə hərbçilərini aprelin 22-də Bakıda təntənəli şəraitdə qarşılayıblar. Ehtimal ki, ölkəmizi 25 ildən çox blokadada saxlayaraq basqı göstərməyə və Qarabağ məsələsində güzəştlər əldə etməyə çalışan şərq və qərb qonşularımızın faktiki hərbi təcavüz həyata keçirdiyini və təhlükəsizliyimizə potensial təhlükə təşkil etdiklərini söyləsək, böyük sirr açmış olmarıq və bu planda Türkiyə-Azərbaycan hərbi-siyasi bloku ilə bağlı istənilən məsələ Ermənistanın media eksperti meydanının diqqətinə layiqdir. Əlbəttə, hərbi ekspertlər şübhə etmirlər ki, bu Türkiyə-Azərbaycan təlimlərində, ən azı, nəzəri olaraq əsas rəqib kimi məhz Ermənistan Respublikası nəzərdən keçiriləcək.

Təlimlərin məqsədi və Naxçıvan məsələsi

Rəsmi məlumata görə, təlimin məqsədi “Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin əlaqələndirmək, birgə hərəkət etmək vərdişlərinin inkişafı”dır. Habelə məlumat verilir ki, tanka qarşı texnika, artilleriya texnikası, hərbi-nəqliyyat helikopterləri , iki ölkənin hava hücumundan müdafiəsi və zenit-raket kompleksləri cəlb olunacaq. Təlimlər Azərbaycan və Türkiyə arasında hərbi işbirliyi haqda saziş çərçivəsində keçiriləcək.

Ümumiyətlə, son illərdə bu iki müttəfiq dövlətin silahlı güclərinin qatılması ilə belə hərbi təlimlər Türkiyə-Azərbaycan strateji, etnik və siyasi yaxınlaşmasına paralel olaraq yetərincə tez-tez təşkil olunur. Türkiyə-Azərbaycan birgə təlimləri daha çox bu gün … Azərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında keçirilir, amma Türkiyə son illərdə … bu anklavda hərbi-siyasi və iqitsadi iştirakını ardıcıl şəkildə möhkəmləndirir. Bu mənada həm Naxçıvan probleminə, həm də ümumən Türkiyə-Azərbaycan hərbi-siyasi işbirliyinin dərinləşməsinə Ermənistan Respublikasının təhlükəsizliyi baxımından məhəl qoyulmaya bilməz.

Türkiyəyə Ermənistan-Rusiya ismarıcı

Rusiyanın bəzi ekspertləri hesab edirlər ki, Rusiya-Türkiyə münasibətlərinin son bir neçə ildə normallaşması və dərinləşməsinə baxmayaraq, Türkiyənin Cənubi Qafqazda bu fəallığı təkcə Ermənistan üçün potensial təhlükə deyil, həm də Rusiya Federasiyasına müəyyən qədər meydan oxumaqdır. Məsələn, Moskva MDB ölkələri İnstitutu direktorunun müavini, Qafqaz bölməsinin müdiri Vladimir Yevseyev bu kontekstdə 2016-cı il noyabrın 30-da Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında imzalanmış saziş əsasında formalaşdırılan Ermənistan-Rusiya birləşmiş silahlı qüvvələri amilinin önəmini vurğulayır. Ekspert bizimlə söhbətdə bir xüsusda deyib: “Ermənistan-Rusiya münasibətləri Türkiyəyə aydın eyham vurur ki, Ermənistanla hərbi münaqişə ola bilməz – heç olmasa, bu səbəbdən ki, qoşunların birləşdirilmiş qruplaşması yaradılıb”.

Ermənistana hücum olarsa, KTMT işə girişəcək

Rusiyanın başqa bir məşhur hərbi eksperti, Moskva Siyasi və Hərbi Analiz Mərkəzinin direktor müavini Aleksandr Xramçixin öz növbəsində yada salır ki, 2015-2016-cı illərdə durum kəskinləşəndən sonra Rusiya son 2-3 ildə müxtəlif sahələrdə, özəlliklə Suriya probleminin tənzimlənməsi məsələsində Türkiyə ilə münasibətlərini yetərincə dərinləşdirib, amma hərbi ekspertin sözlərinə görə, bu, Qafqaz bölgəsinin məsələlərinə aid deyil. Xramçixin istənilən halda əmindir ki, istənilən ölkə, o cümlədən Türkiyə və ya Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı hərbi təcavüz halında Rusiya başda olmaqla KTMT reaksiya verər və uyğun fəaliyyətə keçər.

Rusiya eksperti qeyd edib: “KTMT fəaliyyətdədir. Yəni hər hansı ölkə tərəfindən Ermənistana birbaşa hücum olarsa – vurğulamaq istəyirəm, məhz Ermənistana – bu, KTMT-nin uyğun fəaliyyəti üçün əsas olacaq”.

Əsas düşmən Ermənistandır

Xramçixin qarşıdakı Türkiyə-Azərbaycan taktiki təlimlərində yeni heç nə görmür, deyir ki, burada qəribə və ya gözlənilməz heç nə yoxdur, çünki Türkiyə və Azərbaycan hərbi müttəfiqlərdir və birgə hərbi əməliyyatın müxtəlif ssenarilərini çoxdan məşq edirlər, iki ölkənin uyğun hərbi bölmələrinin birgə hərbi əməliyyatlarını harmonikləşdirmək, döyüş bacarığının yüksəldilməsi və başqa vəzifələrin həlli üçün bu ssenari üzrə birgə təlimlər keçirir. Lakin bu hərbi əməliyyatlar hansı məqsədlə məşq edilir, ya da daha doğrusu, bu, nəzəri olaraq kimə qarşı nəzərdən kerçirilir?

Hərbi ekspert bu sualı cavablandıraraq deyir ki, belə fəaliyyət formal olaraq istənilən rəqibə qarşı məşq edilə bilər, amma şübhə yoxdur ki, əlbəttə, əsas düşmən Ermənsitandır. Xramçixin əlavə edir: “Hər halda, Azərbaycan üçün belədir”.

Türkiyə-Azərbaycan yazxınlaşmasının səbəbləri

Türkiyə-Azərbaycan yaxınlaşımasına, o cümlədən türklər və azərbaycanlıların Azərbaycanda bəlli rejim bərqərar olandan və paralel olaraq Türkiyədə prezident Ərdoğanın təkbaşına hakimiyyəti qurulandan sonra Osmanlı “qaynaqları”na qayıdış, yeni osmançılıq , islamçı, millətçilik ideologiyasının dirçəlişi prosesinin fəallaşması, etnik eyniyyətin möhkəmləndirilməsinə gəlincə, Rusiya ekspertinin fikrincə, burada avtoritarizmin ikinci dərəcəli mənası var.

Xramçixin şərh edir: “Türkiyə və Azərbaycanın geopolitik ittifaqı birinci növbədə etnik-dini, yəni tarixisəbəblərlə şərtlənibDüşünürəm ki, indiki anda hansı siyasi quruluşun olduğu ikinci dərəcəlidir”.

Tərcümə Strateq.az-ındır.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle