VAŞİNQTONUN 133 ÖLKƏDƏ APARDIĞI GİZLİ SAVAŞ

Pentaqon əbədi savaş strategiyasını necə gerçəkləşdirir

Stiven Lendman

svpressa.ru, 18.12.2018

 

Suriya Trampın miras aldığı və onun rejimi daxilindəki “sərt xətt tərəfdarları”nın – onun  geopolitik gündəliyinə cavab verənlərin eskalasiyasını apardıqları Obama müharibəsidir.

Bir ölkənin silahlı güclərinin başqa ölkənin ərazisində iştirakı dəhşətli qanunsuz bir işdir – xarici qoşunların bu ölkənin yönəldici hakimiyyəti tərəfindən dəvət edildiyi hallardan savayı. Vaşinqton Dəməşqdən heç bir belə dəvət almayıb. Bax, Bəşər Əsəd ABŞ qoşunlarını və müttəfiqlərini buna görə “işğalçı” adlandırır.

Pentqaon qoşunları bu ölkədə qalmaq üçün ora gəlib. “Tom Dispatch”-dan Nik Tyorsun məlumatına görə, indiki anda 149 ölkədə ABŞ xüsusi təyinatlıları var. Bu, BMT-yə daxil olan dövlətlərin sayının 75%-dən çoxdur. Amerika xüsusi təyinatlı gücləri isə, ən azı, 133 ölkədə fəal iş görür.

MKİ əməliyyatçıları ümumiyyətlə hər yerdədirlər. Onlar bütün dünyada öz əməliyyatlarını Amerika səfirlikləri və konsulluqlarının pərdəsi altında keçirirlər. Pentaqon kimi onların da vəzifəsi başqa milli dövlətlərin suverenliyi hesabına və bütün dünyada sülh bahasına Amerika İmperiyası maraqlarının yeridilməsi və təsbitidir.

Tyors izah edir ki, ABŞ xüsusi təyinatlılarının, haradasa, 70 000 hərbçisi “Amerikanın gizli silahlı güclərini təmsil edir… (təkcə Rusiya, Çin, İran və Şimali Koreya kimi mühüm ölkələrin yaxınlığında deyil) planetin bütün önəmli ölkələrinə getdikcə son dərəcə daha yaxın yerləşdirilir. Onlar Suriyadan Əfqanıstana və Somalidən Nigerə qədər reydlər və döyüş əməliyyatları keçirirlər”.

Nik əlavə edir: “Onlar bütün Yer kürəsində “özəl əməliyyatlar üzrə müttəfiqlər” adlandırdıqları tipləri hazırlaşdırırlar. Onların görünmədiyi yeri tapmaq getdikcə daha da çətin olur…”

Yaşı Beretlər, Ordu Reyncerləri, Dəniz Pişikləri və HHQ və Dəniz piyadası korpuslarından həmkarları onların sırasına daxildir. Onlar Pentaqonun özəl əməliyyatlar Komandanlığının (Special Operations Command — SOCOM) tərkib hissəsidirlər. Onların vəzifəsinin “terrorçu şəbəkələrə qarşı kürəsəl əməliyyatların planlaşdırılmasının sinxronlaşdırılması”yla ümumi heç nəyi yoxdur…

Onlar İŞİD, “əl-Qaidə” və onun çıxıntısı “ən-Nusra”nın hazırlığını həyata keçirirlər. Onlara yardım edir, fəaliyyətlərinə qatılır və fəaliyyətlərinə başçılıq edirlər. ABŞ bu qruplaşmaların yerləşdiyi yerlərdə – İraq, Suriya, Liviya, Yəmən, Əfqanıstan, Filippin və başqa yerlərdə onlardan imperiya piyadası kimi yararlanır.

ABŞ-ın və Qərbin KİV-ləri baş verənlərlə bağlı heç nəyi izah etmir. Əslində, bu KİV-lər Vaşinqtonun kürəsəl miqyasda çirkin savaşı necə apardığı, sonsuz olaraq apardığı haqda hamının bilməli olduğu həyat önəmli məlumatı boğur. Respublikaçılar və qeyri-demokratik Demokrat partiyalarının siyasətçiləri barış və sabitlik kimi anlayışlara dərin nifrət bəsləyirlər.

Amerikanın xüsusi təyinatlı gücləri praktik olaraq hər gün, demək olar, hər yerdə “qeyri-ənənəvi savaş” aparır. Onların vəzifəsi “qaranlıqda elə yerinə yetirilir ki, bir neçə xəbərdar adamdan savayı amerikalıların heç biri bu barədə heç nə bilmir”.

Silahlanma və təhlükəsizlik sahəsində Beynəlxalq Siyasət Mərkəzinin direktoru Uilyam Hartunq qabaqlar eyni şeyi belə sözlərlə izah edib: “Amerikalıların çoxu bilsəydi ki, ABŞ xüsusi təyinatlı gücləri planet dövlətlərinin dörddə üçündə yerləşdirilib, güclü təəccüblənərdi”. Və əlavə edib: “Onların bu ölkələrdə nə etdikləri, fəaliyyətinuin təhlükəsizliyə yardım edib-etmədiyi, yaxud daha böyük gərginlik və münaqişələr törədib-törətmədiyi haqda şəffaflıq tamamilə, ya da, demək olar, tam yoxdur”. Aydın məsələdir, praktik olaraq həmişə sonuncusu baş verir. Və, birincisi, demək olar heç vaxt.

Xüsusi əməliyyat güclərinin komandanı general Reymond Tomas komandanlıq etdiyi güclərin “dövlətimizin qarşısında duran təhlükələrin dəf edilməsi, Amerika xalqının qorunması və vətənimizin təhlükəsizliyinin təminatına” yardım etdiyini iddia edərək həqiqəti təpəüstə qoyub…

O, izah etməyə macal tapmayıb ki, Amerikanın bütün düşmənləri və xarici təhlükələr uydurulub. Heç biri gerçək deyil. II dünya savaşı nəticəsində nasist Almaniyası və imperialsit Yaponiyası məğlub edildiyi andan bəri.

ABŞ II dünya savaşının ardınca gəlməli olan barış və sabitliyin yeni dönəminin əvəzinə sonsuz təcavüzkar savaşlar aparmağa başlayıb. Bunlar indiyədək xeyli sayda aparılıb. ABŞ, demək olar, son 75 ildə həm ABŞ-ın özü, həm də hər kimsə üçün hər hansı bir təhlükə təşkil etməmiş  və etməyən ölkələrə qarşı savaş aparıb. İmperializm elə bundan ibarətdir: onun məqsədi – bütün dünya üzərində ağalıq, resurslarına nəzarət, xalqların istismarı üçün meqalomaniakal hədəfdir. Amerikanın sevimli strategiyası insan itkilərinin heç bir dəyəri olmadığı sonsuz savaşlardır.

Mülki əhali üzərində milyonlarla öldürülən və sərsəm xərclərin qara dəliyinə atılan saysız-hesabsız trilyonlarla dollar, fırıldaq və sui-istifadələr. Meynstrim KİV-ləri bunun heç biri haqda heç vaxt məlumat verməz.

Suriya, demək olar, səkkiz il boyunca qasırğa episentrindədir. Obama və Tramp rejimləri bu ölkəni Birləşmiş Ştatların daha bir vassal dövlətinə döndərmək istəyir. Vaşinqton Əsədi Qərbyönlü oyuncaq rejimlə əvəzləmək üçün devirmək istəyir. ABŞ İŞİD və başqa cihadçılardan özünün proksi-gücü kimi yararlanır. Pentaqon bombardmanlar, xeyli on minlərlə müdafiəsiz mülki şəxsləri qırmaq və həyat önəmli infrastrukturu məhv etməklə onlara əl tutur. Pentaqon indi Suriyanın şimal və cənubunu qanunsuz işğal edərək öz ərazisinə çevirir, bu dövlətin suverenliyindən və qanuna təməl hüquqlarından imtina edir. Bütün bunlar ABŞ silah güclərinin peyda olduğu yerdə toz-tozanağa dönür.

Yeni mühafizəkarlar və MKİ-yə bağlı “Washington Post” qəzeti dekabrın 14-də “Amerika qoşunlarının indi qeyri-müəyyən uzun müddətə Suriyada qalaraq ölkə ərazisinin üçdə birinə nəzarət etməklə  gizli savaşapardığı”ndan xəbər verib.

Onun “müxtəlif yönlərdən çoxlu təhlükəylə üz-üzə qaldığı” haqda iddiaları həqiqəti təpəüstə çevirir. Amerika qoşunlarının iştirakının özü Suriyanın mülki əhalisinin güvənlik, rifah və həyatını təhdid edir – hələ bölgədəki sabitsizliyi demirik.

WaPo” Amerika qoşunlarının “İranın genişlənən nüfuzuna qarşı əks təsir göstərən qala rolunu oynadığı” haqda məlumat verərkən yalan danışır. Əsədin dəvətilə Suriyada olan İran hərbi müşavirləri orada Suriyanı yaxalayan bəla ilə – ABŞ-ın dəstəklədiyi terrorçularla çarpışmaqda hökumətin silahlı güclərinə yardım edirlər. Bax, Vaşinqton, NATO və İsrail buna görə İranın iştirakına qarşı çıxır.

İndi Amerikanın Suriyada nə qədər çox hərbçisinin olduğu aydın deyil. Pentaqonun gizlilik rejimi onların sayını aşkarlamağa yol vermir. Amma bunlar, ən azı, bir neçə mindir.

Əsəd Suriyanın qanunsuz işğal edilmiş bütün ərazisini xarici silahlı güclərdən və onları dəstəkləyən cihadçılardan azad etməyə and içib. Birləşmiş Ştatların kürd Xalq Özünümüdafiə Dəstələrinin savaşçılarına dəstəyi yalnız Suriyanı parçalamaq istəyi ilə izah olunur – “parçala, ağalıq et, göz qoy” strategiyasına uyğun olaraq.

Vaşinqtonun məqsədi münaqişənin həlli üçün rusların səylərini sarsıdaraq ölkəni əbədi savaşa aparmaqdır. ABŞ əsaslı uğurlar olmadan bu strategiyanı altı ildən çoxdur həyata keçirir, çünki belə uğurlar Birləşmiş Ştatların imperiya məqsədlərinə zidd çıxardı.

Suriya daha bir Əfqanıstan olmağa doğru gedir – barışıq və sabitliyə qayıtmağa ən cüzi perspektiv olmadan sonsuz savaşa, çünki Amerikanın hər iki partiyadan olan siyasətçiləri bu anlayışın özünə qarşıdırlar. Suriyanın şimalını Türkiyənin işğal etməsi durumu qəlizləşdirir. …Ərdoğan Suriyanın Türkiyə ilə həmsərhəd ərazisini, özəlliklə də indi ABŞ silahlı güclərinin göz qoyduğu neftlə zəngin bölgələrini ilhaq etməyə çalışır. Və Pentaqon bunu saxlamaq niyyətindədir.

Dəməşq və sadə suriyalılar Amerikanın öz ölkələrindəki qanunsuz iştirakına nifrətlə yanaşırlar.

Sonsuz savaş sürür, çünki Vaşinqton problemin çözülməsinə qarşı çıxır. Eyni hal ABŞ-ın qatıldığı bütün münaqişə teatrlarına da aiddir.

Daimi savaş ABŞ-ın respublikaçılar və demokratların böyük çoxluğunun dəstəklədiyi uzunmüddətli siyasətidir.

Konqresin qəbul etdiyi qanunvericilik Vaşinqtonun savaş maşınını yemləyən külli sayda trilyonlarla dollara maliyyələşdirilməsini ölkənin önəmli həyat tələbatları bahasına təsdiqləyir.

Tarixin yeni səhifəsini açmaq və kürəsəl barışıq və sabitlik yönündə addım atmağa praktik heç bir şans yoxdur. Amerikanın hərbi-sənaye-kəşfiyyat-media kompleksinin özü buna qarşı durur.

Əbədi savaş durumu Uoll-strit və başqa korporativ yırtıcılar üçün dəhşətli dərəcədə gəlirlidir. Barış və sabitlik Amerikanın imperiya hədəflərinə məğlubiyyət gətirir – bax, kürəsəl savaşlar bizim sağlığımızda buna görə kəsilməyəcək.

 

Tərcümə Strateq.az-ındır.

Shares