Yevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü: 2 ölü, 22 yaralı – FOTOLAR – YENİLƏNİB

Yevlaxda baş verən yol qəzasında 22 nəfər xəsarət alıb.

Reportyor.az xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar – 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 21 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

***

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur.

Qəzada ölənlərdən birinin kimliyi məlum olub. Bu, Musayeva Səadət Məzahir qızıdır.O Mingəçevir şəhər xəstəxanasına aparılarkən keçinib./ONA/

***

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən “Mercedes” markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır./ONA/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle