ABŞ Pakistanı sanksiyalarla hədələyib
ABŞ Pakistan-İran qaz kəməri layihəsinin icrasını dəstəkləmir və İranla biznes aparacağı təqdirdə Pakistana qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə deyib.
"Biz daima hamıya bildiririk ki, İranla biznes aparmaq bizim sanksiyalarımıza səbəb ola bilər və buna çox diqqətlə yanaşılmasını məsləhət görürük. Biz bu qaz kəmərinin tikintisini dəstəkləmirik", - "Dawn" nəşri adı açıqlanmayan Ağ Evin rəsmisindən sitat gətirib.(trend)
KARUSEL / DÜNYA
Tarix: 27-03-2024, 15:07