mobil versiya

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb



Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan “İmprotex Trucks & Buses” və “İmprotex İndustries” şirkətlərinin dövlət qarşısında yenidən külli miqdarda vergi borcu yaranıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İmprotex Trucks & Buses” şirkətinin 6,5 milyon manatdan, “İmprotex İndustries” şirkətinin isə 1,8 milyon manatdan artıq vergi borcu mövcuddur.

Xatırladaq ki, “Improtex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “Improtex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə “Rolls Royce”, “BMW”, “MAN Truck & Bus SE”, “Bobcat”, “Massey Ferguson”, “Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.

“Improtex” şirkətlər qrupunun bir qolu olan “İmprotex Trucks & Buses” şirkəti 2005-ci ildən dünya şöhrətli “MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır. Şirkətin qanuni təmsilçisi Orxan Ərəbovdur.

“İmprotex İndustries” şirkəti isə 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ruslan Ələkbərovdur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur. 2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb. (İqtisadiyyat.az)


Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:30