"Hacı” statusunu nüfuzdan salanlar... - Müğənnilərin “hacı” spekulyasiyasına ETİRAZ
Cəmiyyətdə son zamanlar “hacı” titulu ilə bağlı müxtəlif müzakirələrə rast gəlirik. İnsanlar “hacı” sözünün ətrafında müzakirələr aparır, kimin bu ada layiq olub-olmadığını çək-çevir edirlər. Cəmiyyətin qıcıqla, etirazla qarşıladığı xüsusi məqam isə son vaxtlar bəzi müğənnilərin sevgililərinin hacı olmasına dair piar aparmalarıdır. Digər həmkarları da onlarla rəqabətə girərək, aşiqlərinin, sevgililərinin, “sponsorlarının” hacı olmasına dair açıqlamalar verirlər, bunun üzərindən reklamlarını qururlar. Nəticədə, bir çox insanlar bir neçə şəxsə görə ümumən hacılar haqqında mənfi fikirlər səsləndirib, bu addan sui-istifadə edənlərin dindən uzaq olduğunu söyləyirlər.
Bir zamanlar insanlar arasında “həci ürəkdir” kimi zarafat da yayılmışdı ki, o zaman da belə müzakirələr baş qaldırmış, “hacı” sözünün lağ-lağı obyektinə çevrilməsi dindar kəsim tərəfindən qınanılmışdı. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi də 2017-ci ildə bəyanat yayıb. Belə ki, QMİ-nin Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov report-a bildirib ki, ziyarətə gedən insanlara “həci” demək könüllüdür:
“Müəyyən pillələri keçib müxtəlif adlara layiq görülən insanlar kimi o zamanın ziyarətə gedənləri də bunun üçün əziyyət çəkirdilər. Biri əziyyət çəkir elm öyrənir, professor adını alır, ona deyirlər. Bir insan müəllim, biri alim statusunu alır. Hərbi sahədə əziyyət çəkənlər rütbə alır, general olur və s. Belə adlar ona görə verilir ki, bu insanlar adları almaq üçün əziyyət çəkirlər. Hacı sözü Azərbaycanın rəsmi sənədlərində yazılmır, insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir. Yalnız Səudiyyə Ərəbistanından bizə kvota veriləndə deyirlər ki, bu qədər sayda hacı gətirə bilərsiniz. Bizdə isə bu müraciət forması şifahi şəkildə işlədilir. Elə insan var ki, Həccə getdiyini gizli saxlayır və heç kim də ona hacı demir. Eləsi var ki, onun getdiyini bilirlər və ona o formada müraciət edirlər. İnsanlara hacı deyilib-deyilməməsinə, adının qarşısında yazılıb-yazılmamasına biz hökm verə bilmərik. Həcc ziyarətinə könüllü şəkildə gedilir və müraciət məsələsi də könüllüdür. Hacı şəklində müraciət edilməsi o baxımdan yaxşıdır ki, ətrafda hamı bu insanın Həcc vacibatını artıq yerinə yetirdiyini bilir”.
Dini yazarı Kənan Rövşənoğlu hesab edir ki, həqiqətən də son zamanlar Azərbaycan cəmiyyətində “hacı” sözünü fərqli məcralara çəkiblər:
“Hacı” adı dində var və bu, islamiyyətdən gələn bir haldır. İldə bir dəfə Zilhiccə ayında gedib Məkkə ətrafındakı ziyarət əməllərini yetirmək, hacı olmaqdır. Buna Həcc əməlləri deyilir. Quranda da bu, belə yazılıb. Ancaq biz görürük ki, bu, gündəlik müraciət formasına çevrilib. Hacı dini baxımdan oradakı ziyarəti yerinə yetirən insanlara deyilən sözdür. Bəli, burası doğrudur. Ancaq burada başqa məqamlar da var. Belə ki, tarixən Məkkəyə getmək uzun, çətin proses olub. İnsanlar günlərlə ayaqla, at belində yol gediblər. Ona görə də insanlar hörmət, ehtiram əlaməti olaraq Həcc ziyarətinə gedənlərə “Hacı” deyə müraciət ediblər. Bu da o mənanı verir ki, həmin şəxsin ayağı müqəddəs torpaqlara dəyib, bu adam kilometrlərlə yolu qət edərək ziyarətə gedib.
Eyni zamanda Kərbəlaya gedənə “kərbəlayi”, Məşhədə gedənə isə “məşədi” deyirlər. İnsanlar düşünürlər ki, bu adam rahat həyatını buraxıb, əziyyətlə o yerlərə qədər gedibsə, biz də ehtiram olaraq ona “hacı” deyirik. İndi isə vəziyyət başqadır. Belə ki, hazırda pulu olanın Həcc ziyarətinə getməyi sanki bir trendə çevrilib. Ziyarətə gedənlərin sayı çoxalıb. Pulu varsa, ziyarətə gedir. Adamlar var ki, heç namaz qılmır, dinin qaydalarına əməl etmir. Ancaq hesab edir ki, Həcc ziyarətinə getdiyi üçün camaat da ona “hacı” deməlidir. Yaxud da ətraf artıq vərdişə çevirib ki, bu adam ziyarətə gedibsə, ona mütləq “hacı” demək lazımdır".
K.Rövşənoğlu bildirib ki, bütün bunlar indiki dövrdə “hacı” adının nüfuzdan düşməsidir:
“Klassik mənada deyilən "hacı" sözünü indi bir qədər adiləşdirib, ləqəbə çeviriblər. Ona görə də indi din, hacı adından neqativ xəbərlər də görürük. Bir zamanlar Üzeyir Hacıbəyov “O olmasın, bu olsun”u yazdı. Orada Məşədi İbad obrazı, “məşədi” sözü ilə birlikdə lağ obyektinə çevrildi. İndi də “hacı” sözü eyni mənanı verir. Baxırsan ki, adamlar var ki, heç bəlkə də dindar deyillər, sadəcə olaraq hansısa məqsədlə ziyarətə gediblər, ancaq onlara “hacı” deyirlər. İndi də həmin “hacı”ların adları hansısa müğənni, incəsənət adamı ilə hallanır. Bunu da bir növ gətirib dinə bağlayırlar. İnsanlar nəzərə almalıdır ki, kimə və nə üçün “hacı” deyirlər. İslamın yüksək ali dəyərlərinə görə insana “hacı” demək lazımdır. Yoxsa hər təyyarəyə oturub, 5 min dollar verib ziyarət edənə hacı demək olmaz. Əgər biz İslamda olduğu kimi ehtirama görə “hacı” deyiriksə, o yolu davam etdirən islam əxlaqını yaşadan adamlara bunu demək olar. Hansı ki, dədə-babamızda buna görə o insanlara “hacı” deyiblər. Yox, əgər insanda qeyd etdiyimiz hallar yoxdursa və o, sadəcə olaraq hansısa məqsədi üçün ziyarətə gedibsə, o zaman bu şəxsə “hacı” deyə müraciətin edilməsi, əslində dinə qarşı olan hörmətsizlikdir".//Yeni Müsavat
MANŞET / MARAQLI / KARUSEL / GÜNDƏM / SOSİAL / CƏMİYYƏT

Tarix: 9-09-2019, 11:10