Məktəbdə direktor olmaq istəyənlər üçün müsahibələr keçirilir

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir.
Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibədə 700-ə yaxın, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsahibədə isə 600-ə yaxın namizəd iştirak hüququ qazanıb.
DÜNYA / İDMAN / CƏMİYYƏT
Tarix: 7-12-2022, 15:23