mobil versiya

Gənc müəllim və direktorların sayı artıb - Təhsil Nazirliyi


Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb.Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.Onun sözlərinə görə, ümumilikdə götürülsə, direktor olmaq istəyənlər arasında orta yaşlı namizədlər daha çoxluq təşkil edir.
E.Bağırov bildirib ki, bu il Təhsil Nazirliyinə direktor olmaq istəyən 3403 namizəd elektron qaydada müraciət edib. Onların 1800-ə yaxını müsabiqənin test imtahan mərhələsində iştirak edib.
Bunun əvvəlki illərlə müqayisədə daha çox olduğunu deyən E.Bağırov qeyd edib ki, test imtahanında iştirak edən namizədlərdən təxminən 800 nəfərə yaxını müvafiq keçid balını toplayıb:
"Keçid balını toplayan bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun - müsahibə mərhələsinə dəvət olunacaq. Ötən həftə 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin son 3 günü ərzində də müsahibələr təşkil olunacaq. Ümumilikdə götürsək, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıqları əvvəlki illərlə müqayisədə daha qaneedicidir. Amma müsahibə mərhələsindən də bütün iştirakçılar keçmir. Bəzən hətta keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə göstərə bilmirlər. Onlarla bağlı qərar təbii ki mənfi olur".
E.Bağırov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, direktor olmaq üçün namizədin 5 il pedaqoji stajı olmalıdır. Ümumilikdə, müsabiqələrə qatılan şəxslər artıq stajlı, təcrübəli namizədlərdir.

/trend.az/

ÖLKƏ / CƏMİYYƏT
Baxılıb: 101 Tarix: 28-08-2019, 11:48


Şərh bildir
yenilə, əgər kod görünmürsə