Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsi başlayıb

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək.
Vakansiya seçimi avqustun 29-u saat 23:59-dək davam edəcək.
Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
#keçidbalı #təhsilnazirliyi
Əsmər Qabil /APA/
İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 28-08-2019, 08:27