İndoneziyanın Qəhvə Möcüzəsi - İndoneziyaya məxsus müxtəlif qəhvə növlərini dadin

Bu il İndoneziya "World of Coffee 2025"-ǝ ev sahibliyi edən ilk Cənub-Şərqi Asiya ölkəsi və dünyanın dördüncü ən böyük qəhvə istehsalçısı olmaqdan qürur duyur.
Bu, İndoneziyanın qəhvə irsinin zənginliyini hər bir qəhvə növünü dadaraq kəşf etmək fürsətidir. Zəngin Qayodan tutmuş sitruslu Kintamaniyə qədər hər bir qəhvə dənəsi yerli sənətkarların qayğısının və münbit torpaqların nəticəsidir.
Reportyor.az İndoneziyanın müxtəlif bölgələrində yetişdirilən qəhvələri təqdim edir.

Tünd və yumşaq dada malik olan bu qəhvə Açehdəki qadın fermerlər tərəfindən daha da zənginləşdirilir. Hər qurtumu yerli icmaların inkişafına və davamlı əkinçiliyə töhfə verir.
LAMPUNG Qəhvəsi (Robusta)
İdeal tropik iqlimli Lampunqun dağlıq ərazilərində yetişdirilən bu qəhvə sərt və unikal dada malikdir.

BALI Kintamani Qəhvəsi (Arabica)
Balinin dağlıq ərazilərində portağal və limon ağaclarının yanında yetişdirilən bu qəhvə təzə, sitrus aromasına malikdir.
FLORES Bacava Qəhvəsi (Arabica va Robusta)
Kimyəvi maddələr olmadan zəngin vulkanik torpaqda təbii olaraq yetişdirilir. Şokolad, çiçəklər və qovrulmuş qoz-fındıq notları ilə yumşaq dada malikdir.

CƏNUBİ SULAVESİ Toraca Qəhvəsi (Arabica & Robusta)
Ənənəvi üsullardan istifadə edərək qəhvənin zənginliyini və sərtliyini ortaya çıxarmaq mümkündür. Nəticədə hər an həzz hissi duyacağınız mükəmməl, yumşaq torpaq dadı verən bir fincan qəhvə əldə edəcəksiniz.
PAPUA Vamena Qahvasi (Arabica & Robusta)
Bəzi qəhvələr yetişdirildiyi yerə görə ədviyyatlı, meyvəli və şokoladlı dada malikdir. Bu, hər fincanı zəngin, unikal və ləzzətlə dolu edir.
Reportyor.az

MARAQLI / KARUSEL / REDAKTOR SEÇİMİ
Tarix: 11-08-2025, 16:39