“Qızıl top”u qazanmaq ehtimalı yüksək olan 5 futbolçu

“Avisia” analitik şirkətinin süni intellekt modeli futbolçuların 2025-ci il “qızıl top” mükafatının qalibi olmaq ehtimallarını hesablayıb.
Xarici KİV xəbər verir ki, şirkət 30 namizədin şanslarını komanda uğurları, fərdi göstəricilər və futbolçuların tanınma səviyyəsinə görə dəyərləndirib.
Nəticələrə əsasən, ən real favorit PSJ-nin fransalı futbolçusu Osman Dembeledir. Onun qalib gəlmə ehtimalı 72 faiz göstərilir.
İlk beşlikdə bu futbolçular yer alıb:
1. Osman Dembelə (PSJ) – 72 faiz
2. Lamin Yamal (“Barselona”) – 56 faiz
3. Vitinya (PSJ) – 40 faiz
4. Məhəmməd Salah (“Liverpul”) – 39 faiz
5. Rafinya Dias (“Barselona”) – 33 faiz
Şirkətin məlumatına görə, model son yeddi il ərzində 61 Avropa liqasında 50 mindən çox futbolçunun statistik göstəricilərinə əsaslanır.
“Avisia” bu ilin mayında UEFA Çempionlar Liqasının finalını PSJ-nin qazanacağını 62,5 faiz ehtimalla proqnozlaşdırmışdı.
“Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də, Parisdə keçiriləcək. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:17