mobil versiya

Çempionlar Liqasında məğlubedilməz iki komanda



UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü turun oyunlarından sonra bütün matçlarında qələbə qazanan komandaların sayı ikiyə enib.

“Real” və PSJ keçirdikləri 4 oyunun hamısında qalib gələrək 12 xal toplayıblar. Hər iki komanda turnir cədvəlində ilk pillələri bölüşür.
“Arsenal” 10 xalla üçüncü pillədə qərarlaşıb. “Komo”, “Barselona”, “Mançester Siti”, “Liverpul” və daha bir neçə komandanın hesabında isə 9 xal var.
Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris təmsilçisi ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında məğlub edərək kuboka sahib çıxıb.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:27