mobil versiya

“Atletiko” və PSJ ÇL-in yarımfinalında




UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib.

Dünən /4 final mərhələsinin iki cavab görüşü keçirilib.

“Atletiko” öz meydanında “Barselona”nı sınağa çəkib. Madrid təmsilçisi səfərdəki ilk matçda 2:0 hesabı ilə qalib gəlmişdi. Cavab görüşü “Barselona”nın xeyrinə bitsə də, yekunda “Atletiko” mərhələ adlayan tərəf olub.
“Liverpul” isə PSJ ilə qarşılaşıb. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanmışdı. PSJ cavab görüşündə də oxşar hesabla qalib gələrək yarımfinala çıxıb.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları

14 aprel
Atletiko (İspaniya) – Barselona (İspaniya) 1:2
Qollar
: A.Lukman, 31 – L.Yamal, 4. F.Torres, 24.
İlk oyun – 2:0
Liverpul (İngiltərə) – PSJ (Fransa) 0:2
Qollar
: U.Dembele, 72; 90+1.
İlk oyun – 0:2 (Komanda.az)


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 15-04-2026, 11:16