“Yamal Ronaldo və Messi səviyyəsinə çata biləcək futbolçudur”

“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard “Barselona”nın hücumçusu Lamin Yamalın potensialı barədə danışıb.
Xarici KİV xəbər verir ki, o, ispaniyalı futbolçunun gələcəkdə Kriştiano Ronaldo və Lionel Messi səviyyəsinə çata biləcəyini bildirib:
“Lamin Yamal, Ronaldo və Messi səviyyəsinə çata biləcək futbolçudur. Onun belə bir potensialı var. Ancaq bunun üçün çalışmağa və inkişaf etməyə davam etməlidir. Zaman göstərəcək. Onların 19 yaşındakı oyunlarını müqayisə etsək, Yamal daha yetkin futbolçu təsiri bağışlayır”.
19 yaşlı futbolçu İspaniya millisinin heyətində dünya və Avropa çempionu olub. O, 2026-cı ildə “qızıl top” mükafatının səsverməsində 3-cü yeri tutub.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:36


























