mobil versiya

Fransa, İrana aid edilən kiberhücumla bağlı heç bir cavab tədbirini istisna etmir





Fransanın xarici işlər naziri bildirib ki, Paris, oktyabr ayında yüzlərlə supermarket soyuducusuna qarşı həyata keçirilən və İrana aid edilən irimiqyaslı kiberhücuma cavab olaraq heç bir addımı istisna etmir.

Xarici işlər naziri Jan-Noel Barro "FranceinfoTV" telekanalına açıqlamasında İran səfirinin çağırılacağını və Avropa səviyyəsində sanksiyaların tətbiqinə çalışacaqlarını bildirib. O, əlavə edib: "Sizə onu da deyə bilərəm ki, biz heç bir variantı istisna etmirik və gələcək hücumların qarşısını almaq üçün mütənasib və zəruri hesab etdiyimiz bütün tədbirləri – o cümlədən ictimaiyyətə açıqlamaya biləcəyimiz tədbirləri – görəcəyik".


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:44