Qətər Silahlı Qüvvələrinin 28-ci Qurani-Kərim Hifzi Yarışması başlayıb
![](/uploads/posts/2025-02/1738760777_1738760701383.png)
Qətər Silahlı Qüvvələrinin Baş nazirin müavini və Müdafiə İşləri üzrə Dövlət Naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən Əl-Tani və Vəqflər və İslam İşləri Naziri Qanemhan Bin Şahinin himayəsi ilə 28-ci dəfə keçirilən Qətər Silahlı Qüvvələrinin Qurani-Kərimin Hifzi Yarışlarına start verilib.
Reportyor.az xəbər verir ki, fevralın 20-dək davam edəcək yarışda Qətər Silahlı Qüvvələrindən 430 iştirakçı iştirak edəcək.
Qətər Silahlı Qüvvələrinin Qurani-Kərim Hifzi Yarışması Vəqflər və İslam İşləri Nazirinin tam maliyyə, texniki və hakimlik dəstəyini alan Şeyx Casim bin Məhəmməd bin Tani Qurani-Kərim yarışmasının qollarından biridir.
Müsabiqəyə Nazirlik, Milli Xidmət Akademiyası və Qətər Silahlı Qüvvələrinin Quran hifzi mərkəzlərinin üzvlərindən ibarət dörd ixtisaslaşdırılmış hakimlər komitəsi nəzarət edir.
Bundan başqa, müsabiqə Qətər Silahlı Qüvvələrinin üzvlərini Qurani-Kərimin qiraəti, əzbərlənməsi və onun hikməti üzərində düşünməsi ilə əlaqələndirmək məqsədi ilə təxminən otuz il əvvəl yaradılıb.
KARUSEL / DÜNYA / REDAKTOR SEÇİMİ
Tarix: Bu gün, 17:06