Kral taxt çıxışında: İordaniya terrorizmə qarşı mübarizədə əzmli qalacaq; terrorçular bizdən deyillər

İordaniya Kralı II Abdullah bazar ertəsi günü 20-ci Parlamentin üçüncü növbəti sessiyasının açılışında taxt çıxışını edib.
Kral İordaniyanın terrorizmlə mübarizədə sarsılmaz qalacağını təsdiqlədi və dövlətin ölkənin təhlükəsizliyinə, sabitliyinə və birliyinə xələl gətirməyə çalışan hər kəsə qarşı duracağını vurğuladı.
Kral taxt çıxışında dedi: “Bir neçə gün əvvəl terrorizmin xain əli dövlətimizin dözümlülüyünü və xalqımızın əzmini sınamağa cəhd etdi, lakin biz buna qarşı qətiyyətlə dayanacağıq. Biz cəmiyyətdən təcrid olunmuş terrorçuların bu ölkənin təhlükəsizliyini və birliyini təhdid etməsinə yol verməyəcəyik”.
Karakdakı terror hücumunun arxasında duranlara toxunan Kral dedi: “Bu insanlar bizdən deyillər. Onlar böyük İordaniya ailəmizə arxa çevirib, ona xəyanət etdilər. Onların aramızda nə bu gün, nə də sabah yeri var”.
O, “Karak şəhidlərinin qanının üzərimizdəki müqəddəs bir məsuliyyət olduğunu” vurğulayaraq, Parlamenti terror hücumu nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı.
Kral vurğuladı ki, “İordaniya hər bir təcavüzkara qarşı həmişə sarsılmaz olub və bundan sonra da belə qalacaq; həmçinin onun tarixinə hörmətsizlik edən hər kəs qarşısında əzəmətli bir güc kimi dayanacaq”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:22


























