mobil versiya

Əfqanıstan ABŞ-dan əfqan miqrantların vətənə deportasiyası məsələsində məsuliyyətli davranmağı xahiş edir





Əfqanıstan Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Taliban hökuməti ABŞ-dan əfqan miqrantların vətənə deportasiyası zamanı məsuliyyətli davranmağı xahiş edib. Nazirlik əlavə edib ki, Kabul bu məsələ ilə bağlı Vaşinqtonla konstruktiv əməkdaşlığa hazırdır.

Bir ABŞ rəsmisi, həmçinin veteranlar və müxtəlif hüquq müdafiə qruplarından ibarət koalisiya cümə günü bildiriblər ki, Prezident Donald Trampın administrasiyası bəzi əfqan miqrantları Əfqanıstana deportasiya etməyi planlaşdırır.

Taliban hökumətinin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda qeyd edib: "Əfqan tərəfi mövcud reallıqları dərk edərək və hər iki tərəfin qanuni maraqlarını nəzərə alaraq, bu məsələ ilə bağlı qarşılıqlı anlaşma əsasında konstruktiv dialoqa hazırdır".

"New York Times" qəzeti cümə günü xəbər verib ki, 150-dən çox əfqan miqrantın deportasiya edilməsi gözlənilir; ilk uçuşun isə artıq bazar ertəsi baş tutacağı ehtimal olunur. Deportasiyalar Pakistan ərazisindən həyata keçiriləcək, çünki Vaşinqtonun Taliban hökuməti ilə diplomatik əlaqələri olmadığı üçün birbaşa Əfqanıstana deportasiya təşkil edə bilmir.

Bəyanatda vurğulanır: "Üçüncü ölkələr başqa bir dövlətin vətəndaşlarından məhdud, müvəqqəti güzəştlər və ya digər maraqlar müqabilində alver predmeti kimi istifadə etməməlidirlər".


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:20