mobil versiya

ABŞ bəzi əfqan miqrantları Pakistana deportasiya etməyi planlaşdırır: Bloomberg






"Bloomberg News" xəbər verir ki, ABŞ hökuməti saxlanılan bəzi əfqan miqrantları, o cümlədən ABŞ qüvvələri ilə işləmiş əfqanların qohumlarını Pakistana deportasiya etməyi planlaşdırır.

"Bloomberg" ABŞ federal hökumət rəsmisinə, immiqrasiya vəkillərinə və hüquq müdafiə təşkilatlarına istinadən bildirib ki, saxlanılan bəzi əfqanlara yaxın həftələrdə Pakistana deportasiya oluna biləcəkləri barədə məlumat verilib.

Məlumata görə, ABŞ rəsmiləri hələlik bu planla bağlı açıq şərh verməyiblər və nəzərdə tutulan reyslə neçə nəfər əfqanın göndəriləcəyi hələlik məlum deyil.

ABŞ qüvvələri ilə işləmiş əfqanlara dəstək verən "AfghanEvac" təşkilatı bildirib ki, saxlanılan bəzi əfqanların Luiziana ştatından köçürülməsi üçün xüsusi bir reysin təşkil edilməsinin nəzərdən keçirildiyinə dair məlumat əldə edib.

Təşkilatın məlumatına görə, saxlanılan şəxslərin bəzilərinə Pakistana göndəriləcəkləri, digərlərinə isə təyinat nöqtəsinin Əfqanıstan olduğu bildirilib. ABŞ hökumətindəki mənbələrinə istinad edən "AfghanEvac" əlavə edib ki, Pakistan bu şəxslərin Əfqanıstana göndərilməsi üçün tranzit marşrutu kimi istifadə oluna bilər.

Bu plan, ABŞ-ın daha əvvəl bir qrup miqrantı, o cümlədən 12 Əfqanıstan vətəndaşını Mərkəzi Afrika Respublikasına deportasiya etməsindən sonra ortaya çıxıb. Deportasiya edilənlər arasında qardaşları ABŞ qüvvələri ilə işləmiş gənc bir əfqan kişi də var idi.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:23