Həzi Aslanov—İçərişəhər” sahəsində qatarların birbaşa hərəkəti bərpa olundu

Bu gündən Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində qatarların hərəkəti bərpa olunub.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki bu gün — 27 oktyabr tarixindən “Həzi Aslanov—Əhmədli” mənzilində məkik hərəkət ləğv olunub. Qatarların hərəkəti “İçərişəhər—Həzi Aslanov” sahəsində təmirdən əvvəlki qaydada təmin edilir.
Qırmızı xətt boyunca qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.
Bununla da "Həzi Aslanov"–"İçərişəhər" xətti üzrə qatarlar müntəzəm hərəkətə başlayıb. Əvvəllər tətbiq edilən məhdudiyyətə əsasən, qatarlar Həzi Aslanov stansiyasından Əhmədliyə qədər hərəkət edir, daha sonra geriyə qayıdırdı.
Xatırladaq ki, "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Təmir işləri ilə əlaqədar qatarların hərəkəti məhdudlaşdırılmışdı.
Yenidənqurma çərçivəsində dalan infrastrukturu yenilənib, yollar altı vaqonlu qatarların qəbulu üçün uzadılıb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:55


























