mobil versiya

Baş Prokurorluq vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır



Son günlər vətəndaşların "WhatsApp" hesablarının digər cihazlarda aktivləşdirilməsi məqsədilə birdəfəlik təsdiqləmə (OTP) kodlarının göndərilməsi halları müşahidə olunur.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu cür hallar istifadəçi hesablarının ələ keçirilməsinə yönəlmiş kiberhücum cəhdləri ilə əlaqəli ola bilər.
Baş Prokurorluq vətəndaşları şəxsi hesablarının təhlükəsizliyinə diqqətlə yanaşmağa, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirməyə, mürəkkəb və unikal PIN-kodlardan istifadə etməyə çağırıb.
Həmçinin birdəfəlik təsdiqləmə kodlarının heç bir halda digər şəxslərlə paylaşılmaması tövsiyə olunub.
Qurum rəqəmsal təhlükəsizliyin şəxsi məlumatların qorunmasından başladığını vurğulayıb.

Reportyor.az 



KARUSEL / GÜNDƏM
Tarix: Bu gün, 18:00