Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətirib

Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Dövlət xidmətindən verilən məlumatda qeyd olunub ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək məqsədilə istifadə edir.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətlə yanaşmağa çağırır. ETX vətəndaşlara cihazlarına tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən onlara verilən icazələri mütləq qaydada nəzərdən keçirməyi tövsiyə edir”, - deyə qeyd olunub.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə “Whatsapp+” istifadəçilərinin bank hesablarının ələ keçirilməsi kimi məlumatlar yayılıb.(apa)
KARUSEL / GÜNDƏM
Tarix: 26-01-2024, 14:46