Qədim qırğızlar isitmə sirrini bilirdilərmi? Arxeoloqlar kəşf edib

Arxeoloqlar Qırğızıstanın Narin vilayətinin Koçkor rayonunda, XI–XIII əsrlərə aid qabaqcıl isitmə sisteminin izlərini aşkar edib. Qədim Koçkor-Başı yaşayış məskənində divarları xüsusi hazırlanmış kanallar vasitəsilə qızdırılan ictimai hamam tapılıb.
Bu barədə yerli media xəbər verir.
Kum-Dobo kəndi yaxınlığında arxeoloji tədqiqatlar davam edir. XI–XIII əsrlərə aid ictimai hamamda qazıntı işlərinə 2024-cü ildə başlanılıb.
Tədqiqatlar zamanı mütəxəssislər çimmək üçün otaqlar, suyun qızdırıldığı sahələr və isitmə sisteminin elementlərini aşkarlanıb.
Arxeoloqlar hamamın qazanxanasını da üzə çıxarıblar. Məlum olub ki, istilik binanın divarlarına yerləşdirilmiş xüsusi kanallar vasitəsilə bütün binaya paylanırmış.
Bu o deməkdir ki, qədim yaşayış məskəninin sakinləri binanın divarlarını qızdırmaq üçün nəzərdə tutulmuş isitmə sistemindən istifadə ediblər.
Tədqiqatçıların fikrincə, bu kəşf göstərir ki, təxminən min il əvvəl indiki Qırğızıstan ərazisində ictimai binaların isidilməsi üçün kifayət qədər mürəkkəb mühəndis həlləri tətbiq olunub.
Koçkor-Başı yaşayış məskənində arxeoloji tədqiqatlar davam edir.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 16:17


























