mobil versiya

10 ayda pensiyalara 608 milyon manat çox olmaqla 6 milyard 527 milyon manat vəsait yönəldilib




Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (608 milyon manat) çox olmaqla 6 milyard 527 milyon manat vəsait yönəldilib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 


Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Noyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

 

Yanvar-oktyabr aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 208 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.



Reportyor.az 


KARUSEL / SOSİAL
Tarix: Bu gün, 13:54