Cari ilin dörd ayında pensiyalara yönəldilən vəsait açıqlanıb

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 milyon manat) çox olmaqla 2 milyard 608 milyon manat vəsait yönəldilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, pensiyalarda artım dinamikası davam edir. Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 2026-cı il mayın 1-nə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.
Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 13:28


























