Yanvar-iyun aylarında pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib
Bu il yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (391 milyon manat) çox olmaqla 3 milyard 234 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13 faiz artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği isə 525 manat təşkil edib.
Qeyd edək ki, son 6 ayda 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 124 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
KARUSEL / SOSİAL
Tarix: 11-07-2024, 10:59