mobil versiya

Kəraçidə bir kişi "TikTok" istifadə etdikləri üçün iki bacısını güllələyərək öldürüb




Pakistan polisin verdiyi məlumata görə, çərşənbə günü Şah Feysəl Koloniyası polis bölməsinin ərazisində, "Drigh Road"da iki gənc bacı sosial mediadan istifadə etdikləri üçün qardaşları tərəfindən güllələnərək öldürülüb.

Bu barədə yerli Dawn xəbər verir. 

Korangi rayonunun polis rəisi (SSP) Fida Hüseyn Canvari "Dawn" qəzetinə bildirib ki, 25 yaşlı Sobia və 20 yaşlı Hira "New Rehmanabad"dakı evlərində qardaşları Reyhan tərəfindən güllələniblər.

Polis rəisi qeyd edib ki, ilkin araşdırmalara görə, şübhəli şəxs bacılarına "TikTok"dan istifadə etməmələri barədə xəbərdarlıq edibmiş; ehtimal olunur ki, bu ikiqat qətlin əsas səbəbi də elə bu olub.

O, şübhəlinin hadisə yerindən qaçdığını və onun tutulması istiqamətində tədbirlərin görüldüyünü söyləyib.

Polis rəisi əlavə edib ki, qətli törətdiyi ehtimal edilən şəxsin əvvəllər də cinayət keçmişi var; o, daha əvvəl bir neçə dəfə cinayət işləri ilə əlaqədar həbs olunaraq həbsxanaya göndərilib.

Meyitlər məhkəmə-tibbi ekspertiza prosedurları üçün Cinnah Lisansüstü Tibb Mərkəzinə (JPMC) aparılıb.



Reportyor.az 


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 14:57