Niyə bəzi insanlar qəhvə içdikdən sonra yuxulu hiss edirlər?

Rusiyalı yuxu mütəxəssisi, həkim Maksim Novikov bəzi insanların niyə qəhvə içdikdən sonra yuxulu hiss etdiklərini izah edib.
Rusiyanın "Gazeta.ru" qəzetinə verdiyi müsahibədə həkim bildirib ki, "xroniki yuxusuzluq və yuxu pozuntuları zamanı qəhvə enerji artımı yaratmır. Əksinə, belə hallarda o, bəzi insanlarda yuxululuğa səbəb ola bilər".
Novikov izah edib ki, "kofein heç nədən enerji yaratmır. Onun təsir mexanizmi orqanizmdə yuxululuq hissinin yaranmasına səbəb olan bir maddənin toplanması ilə bağlıdır. Kofein adenozinin beyindəki müəyyən reseptorlara təsirini müvəqqəti olaraq bloklayır, bu da insanda müvəqqəti olaraq daha ayıq olma hissi yarada bilər. Lakin bu, orqanizmin yuxuya olan ehtiyacının aradan qalxdığı demək deyil".
O əlavə edib ki, "məhz buna görə də qəhvə yorğunluq əlamətlərini sanki maskalaya bilir. Lakin əgər insan bir neçə gecədir yaxşı yatmayıbsa, bir fincan qəhvə itirilmiş yuxunu əvəz edə bilməz; o, sadəcə yorğunluq hissini müvəqqəti olaraq azaldacaq".
Həkim izah edib ki, kofein hər kəsə eyni cür təsir etmir. Orqanizmin kofeini emal etmə sürəti fərdi xüsusiyyətlərdən, yaşdan, genetikadan, hamiləlikdən, müəyyən dərmanların qəbulundan və digər amillərdən asılıdır.
Səhiyyə mütəxəssisləri qeyd edirlər ki, qəhvənin tərkibindəki kofein yuxu zamanı beyin fəaliyyətinə təsir göstərə bilər. Günün ikinci yarısında cəmi iki fincan qəhvə (təxminən 200 milliqram kofein) içmək yuxu keyfiyyətini aşağı salmaq və beyni aktiv vəziyyətdə saxlamaq üçün kifayət edə bilər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:00


























