UEFA Gənclər Liqası: “Qarabağ”ın U-19 komandası “Dinamo” ilə qarşılaşacaq

“Qarabağ”ın gənclər komandası (U-19) bu gün UEFA Gənclər Liqasında Çempionlar Yolunun ikinci turunun ilk oyununa çıxacaq.
Ağdam təmsilçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edəcək.
15:30 Qarabağ (U-19) – Dinamo (U-19)
Hakim: Karl Kopper (Estoniya)
Bakı, “Azərsun Arena”
Cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:35


























