mobil versiya

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb



Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Ağdam təmsilçisi Zaqreb “Dinamo”su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edib.
Qarşılaşmada “Dinamo” 2:0 hesabı ilə qalib gəlib. Bu komadalar arasında ilk matçda Zaqreb klubu 3:0 hesablı qələbə qazanmışdı.
Nəticədə “Qarabağ” ümumilikdə 0:5 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.
Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirak edəcək.
Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində üçüncü iştirakı olub. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. “Qarabağ” 2022/23 mövsümündə isə pley-off mərhələsini adlaya bilməyib.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 
28 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2 
Qollar: Marko Pyaça, 33 (0:1), Mateus Silva, 54-avtoqol (0:2)
Qırmızı vərəqə: Kevin Medina, 88 (“Qarabağ”, ikinci sarı vərəqə)
Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)
VAR: Stüart Attvell

KARUSEL / İDMAN
Tarix: 28-08-2024, 22:36