mobil versiya

“Qarabağ” bu gün “Dinamo” ilə oynayacaq



Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.


Azərbaycan təmsilçisi “Qarabağ” da səfərdə ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

“Maksimir” stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.

Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust

23:00. “Dinamo” – “Qarabağ”
Baş hakim: Qlenn Nyuberq
Baş hakimin köməkçiləri: Mahbod Beiqi, Andreas Söderkvist
Dördüncü hakim: Adam Ladebek
VAR hakimləri: Bastian Dankert və Yohann Pfeifer
UEFA nümayəndəsi: Filip Popovski
“Maksimir” stadionu
KARUSEL / İDMAN
Tarix: 20-08-2024, 12:34