mobil versiya

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı


Dünən axşam "Qarabağ” doğma meydanda cavab oyununa çıxıb və Cənubi Kiprin APOEL klubu qəbul edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan Azərbaycan çempionuna istənilən hesablı heç-heçə və qələbə, həmçinin 0:1 hesablı məğlubiyyət də sərf edirdi. Amma hər hissədə bir qol vuran APOEL mərhələ adlayan tərəf olub. 
Beləliklə, "Qarabağ" Çempionlar Liqasını tərk edib və mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək. Rəqib bu gün keçiriləcək "Linfild” (Şimali İrlandiya) – "Sutyeska” (Monteneqro) cütünün qalibi olacaq. Bu komandaların ilk duelində "Linfild” səfərdə qələbə qazanıb – 2:1.

KARUSEL / GÜNDƏM / İDMAN
Tarix: 14-08-2019, 08:34