mobil versiya

2027-ci ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat vəsait nəzərdə tutulub





Növbəti ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat, o cümlədən beynəlxalq və ölkədaxili idman tədbirlərinin keçirilməsi üçün 15,2 milyon manat, 76 idman obyektinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərclərin ödənilməsi üçün 11,9 milyon manat, idmançıların və məşqçilərin motivasiyasının artırılması, beynəlxalq arenada yüksək idman nailiyyətlərinin stimullaşdırılması məqsədilə 3,9 milyon manat, digər idman tədbirlərinə 4,8 milyon manat vəsait proqnozlaşdırılıb.

Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“2027-ci ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi xərcləri üçün 7,1 milyon manat vəsait nəzərdə tutulub”, - deyə nazir müavini vurğulayıb. (Azərtac)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:48