Almaniya ordusu Çin istehsalı olan dronları qadağan edir – Nazirlik

Almaniya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, ordu Çin istehsalı olan dronların, o cümlədən təlim məqsədilə istifadəsini qadağan edib və onları Avropa istehsalı olan modellərlə əvəz edir.
Məlumat və İT təhlükəsizliyi zərurətinə istinad edən nazirlik bəyan edib ki, “Çin istehsalı olan modellərdən artıq istifadə edilməyəcək... mövcud sistemlər isə yerli və ya mümkün olan hallarda Avropa istehsalı olan məhsullarla əvəz olunacaq”.
Bu qərar barədə ilk məlumatı “Der Spiegel” jurnalı yayıb. Nəşrin məlumatına görə, qərar dronların hərbi təlimlər, təlim poliqonları və ya silah sistemləri haqqında məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürə biləcəyi ilə bağlı narahatlıqlara əsaslanır.
Nazirlik bildirib ki, Almaniya Silahlı Qüvvələri (“Bundesver”) indiyə qədər “təlim məqsədləri üçün ucuz, hazır dronlardan” istifadə edib və onları “minimal bürokratik prosedurlarla” əldə edib.
Nazirliyin bəyanatında deyilir: “Bundesverin müstəqilliyini və texnoloji suverenliyini gücləndirmək məqsədilə, Çin istehsalı olan modellərdən hədəf və ya təlim məqsədləri üçün artıq istifadə olunmayacaq”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:45


























