mobil versiya

Bakıda Tacikistanın dövlət bayramlarına həsr olunmuş təntənəli tədbir keçirilib




Tacikistan Respublikasının Prezident Günü, Konstitusiya Günü və Dövlət Bayrağı Günü, habelə Tacikistan Respublikası Ali Sovetinin XVI sessiyasının 34-cü ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi təntənəli tədbir keçirib.


Bu barədə Tacikistanın Azərbaycandakı səfirliyi məlumat verib.

Tədbirdə tacik tələbələr və Azərbaycan Respublikasında yaşayan həmvətənlər iştirak ediblər.

İştirakçılar qarşısında çıxış edən Tacikistan Respublikasının Azərbaycandakı səfiri İlxom Abduraxmon bu əlamətdar tarixlərin, xüsusilə də Tacikistan Respublikasının dövlətçiliyinin qurulması və möhkəmləndirilməsində Ali Sovetin XVI sessiyasının tarixi və siyasi əhəmiyyətini vurğulayıb. Bu baxımdan, Sülhün və Milli Birliyin qurucusu – Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti möhtərəm Emoməli Rəhmonun dövlət müstəqilliyinin möhkəmləndirilməsi, konstitusiya quruluşunun bərpası, sülh və sabitliyin təmin edilməsi, milli dövlətçiliyin əsaslarının formalaşdırılması, habelə ölkənin dövlət rəmzlərinin dirçəldilməsindəki mühüm rolu da xüsusilə qeyd edilib.



Tədbirin davamında bir neçə tacik tələbə məruzələrlə çıxış edərək qeyd olunan tarixlərin tarixi əhəmiyyətinin müxtəlif aspektlərinə toxunublar. Çıxışlarda Tacikistanın dövlət müstəqilliyi illərində əldə etdiyi nailiyyətlərdən bəhs olunub, Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti möhtərəm Emoməli Rəhmonun dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və tərəqqisinə verdiyi böyük töhfə vurğulanıb.




Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:27