mobil versiya

Qətər Baş naziri Trampla görüşdən sonra İranla bağlı danışıqlarda Səudiyyə və Avropa nazirlərinə qoşulub






Parisdən verilən məlumata görə, Qətər Baş naziri çərşənbə axşamı Fransa paytaxtında keçirilən G7 sammiti çərçivəsində dörd yüksək səviyyəli Avropa diplomatı və Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə danışıqlara qatılıb.

AFP bu barədə məlumat verib. 

Bu görüş ABŞ Prezidenti Donald Trampla Vaşinqtonun İranla müharibəsinə son qoyulması məsələsinin müzakirə edildiyi görüşdən bir neçə saat sonra baş tutub.

Danışıqlardan əvvəl Fransa Xarici İşlər Nazirliyi bildirib ki, nazirlər Yaxın Şərqdəki vəziyyəti, xüsusilə İran böhranını, həmçinin onun region və bütövlükdə beynəlxalq ictimaiyyət üçün təhlükəsizlik və iqtisadi nəticələrini müzakirə edəcəklər.

Həm Qətərin xarici işlər naziri, həm də əsas vasitəçi olan Baş nazir Şeyx Məhəmməd bin Əbdülrəhman Al Sani ilə görüşdən sonra Tramp bildirib ki, İranla müharibəyə son qoymaq istiqamətində irəliləyiş var. Xatırladaq ki, bu müharibə fevralın 28-də ali lider Əli Xameneinin öldürülməsi ilə başlamışdı.

ABŞ lideri İranın "hərbi baxımdan faktiki olaraq bitdiyini" bəyan edib, lakin yeni zərbələr endirmək ehtimalını da istisna etməyib.

Parisdə keçirilən G7 xarici işlər nazirləri toplantısında iştirak edən yüksək səviyyəli Avropa diplomatları ABŞ Dövlət katibi Marko Rubiodan İrana qarşı gərginliyi daha da artırmamağı, həmçinin enerji tranziti üçün mühüm nöqtə olan Hörmüz boğazından gəmi keçidlərinin yenidən sərbəst şəkildə bərpa olunmasını təmin etməyi xahiş ediblər.

Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhanla yanaşı, G7-yə üzv olan Avropa ölkələrinin – Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici işlər nazirləri də iştirak ediblər.

Paris bildirib ki, danışıqlar Fransa xarici işlər naziri Jan-Noel Barro tərəfindən təşkil olunub.

Tramp ilə Qətər Baş naziri arasındakı danışıqlar, Trampın Respublikaçılar partiyasının aralıq seçkilərdə məğlub olmasından sonra İran və ABŞ arasında genişmiqyaslı müharibənin yenidən alovlanma ehtimalının azaldığına dair ümidləri artırıb. Bu fonda "Brent" markalı neftin bir barelinin qiyməti 90 dollardan aşağı düşüb.

Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:22