mobil versiya

Tacikistanın Milli Bayramları Bakıda qeyd edilib




Tacikistanın Azərbaycandakı Səfirliyində milli bayramlar — Tacikistan Respublikasının Prezidenti Günü və Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə diplomatik nümayəndəliklərin əməkdaşları və Bakı universitetlərində təhsil alan tacik tələbələri iştirak edib.

Tədbirdə çıxış edən Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Tacikistan Respublikasının Prezidenti, Millətin Lideri Emoməli Rəhmonun 16 noyabr 1994-cü ildə keçirilən ümumxalq seçkilərində qalib gəldikdən sonra ilk dəfə and içdiyini vurğulayıb. O vaxtdan bəri, bu yüksək vəzifədə o, müstəqil Tacikistan dövlətinin qurulmasına, sülhün və milli birliyin möhkəmləndirilməsinə, ölkənin sosial-iqtisadi inkişafına və Tacikistanın beynəlxalq arenada nüfuzunun və rolunun artırılmasına əvəzsiz töhfələr verib.


Həmçinin qeyd edilib ki, dövlət başçısının təşəbbüsü ilə Tacikistan milli dövlətçiliyinin təməllərinin bərpası çərçivəsində Tacikistanın Dövlət Bayrağı 16 noyabr 1994-cü il tarixində Tacikistan Respublikası Ali Şurasının 16-cı sessiyasının qərarı ilə dövlət rəmzi və milli müqəddəs obyekt kimi təsdiq edilib və qəbul edilib. Dövlət müstəqilliyinin bu simvoluna hörmət əlaməti olaraq, 2009-cu ildən etibarən Prezidentin fərmanı ilə 24 noyabr Tacikistanın Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 13:42