mobil versiya

Tacikistan Azərbaycana yeni səfir təyin edib




Tacikistan prezidenti Emomali Rahmonun sərəncamı ilə Abdurahmon İlhom Barotzoda Tacikistanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Yeni təyinat Tacikistanın Azərbaycandakı keçmiş səfiri Rustam Soliyevin pensiyaya çıxması ilə əlaqədar baş verib.
Bundan başqa, Prezidentin ayrı bir sərəncamı ilə Tacikistanın Belçikadakı səfiri Huseynzoda Muzaffar Mahmurod Tacikistanın Avropa İttifaqında daimi nümayəndəsi təyin olunub.
Qeyd edək ki, Azərbaycan Tacikistanla 29 may 1992-ci il tarixindən diplomatik əlaqə qurub.
Hazırda ikitərəfli əməkdaşlıq yüksək səviyyədə olmaqla iki ölkə arasındakı dostluq və əməkdaşlıq Sazişində qeyd olunan prinsiplərə əsaslanır.


KARUSEL / SİYASƏT
Tarix: 4-07-2023, 14:53