Sultan Hacıyev Azərbaycanın Keniyada səfiri təyin edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev S.A.Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Sultan Ağami oğlu Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə S.A.Hacıyevin iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilib.
KARUSEL / SİYASƏT
Tarix: 23-05-2023, 16:19