Ərdoğan Trampa bildirib ki, Türkiyə Hörmüz boğazı və Yəmənlə bağlı məsələlərdə diplomatiyaya üstünlük verir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib ki, Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə ittifaqı çərçivəsində Hörmüz boğazı və Yəmənlə bağlı məsələlərin həlli üçün diplomatik səylər göstərir.
Reuters xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, Ərdoğan Trampa Türkiyənin Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq məqsədilə bu iki ölkə arasında diplomatik prosesi canlandırmaq səylərini dəstəkləməyə hazır olduğunu söyləyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:28


























