mobil versiya

Ərdoğan Zelenski ilə telefonla danışdı



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib.
Liderlər Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasının birinci ildönümü fonunda Ukraynadakı vəziyyət, eləcə də Türkiyədəki dağıdıcı zəlzələlərin nəticələri barədə fikir mübadiləsi aparıblar.
Ərdoğan həmrəyliyə görə Zelenskiyə təşəkkür edib. Türkiyə prezidenti ölkəsinin sülhün əldə edilməsinə və vəziyyətin atəşkəs və dialoq əsasında həllinə mümkün töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.


KARUSEL / DÜNYA
Tarix: 24-02-2023, 18:54