mobil versiya

Putinlə Ərdoğan telefonla danışıb



Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin saytında verilən məlumata görə, Putin və Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti, Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya və Ukraynanın insan haqları üzrə komissarlarının əsir və yaralılarla bağlı Ankaradakı son təmaslarını müzakirə ediblər.
Liderlər “taxıl sazişi”nin gedişatını da nəzərdən keçiriblər, həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ətrafında danışıblar. Eyni zamanda Suriya nizamlanmasının təşviqi üzrə Astana prosesi çərçivəsində Rusiya, Türkiyə və İranın birgə işinin praktiki əhəmiyyətini qeyd ediblər.
KARUSEL / DÜNYA
Tarix: 16-01-2023, 19:22