mobil versiya

İrandan xəbərdarlıq: İsrailin təşəbbüsü ilə baş verəcək hər hansı hücum qlobal bazarlar üçün dağıdıcı olacaq




İranın xarici işlər naziri Abbas Araqçı çərşənbə günü xəbərdarlıq edib ki, Fars körfəzi regionunda İsrailin təşəbbüsü ilə həyata keçiriləcək istənilən hücum qlobal bazarlara “dağıdıcı təsir” göstərəcək.

Araqçı “X” sosial şəbəkəsindəki paylaşımında bildirib: “İsrailin təşəbbüsü ilə Fars körfəzi regionunda baş verə biləcək hər hansı hərbi avantüranın beynəlxalq bazarlara göstərəcəyi dağıdıcı təsir həm qaz təchizatçıları, həm də istehlakçılar üçün ciddi narahatlıq mənbəyi olaraq qalır”.

ABŞ və İsrail son günlər İrana qarşı yeni hücumlar ehtimalını gündəmə gətiriblər. Xatırladaq ki, fevral ayında İrana endirilən zərbələrlə Yaxın Şərqdə münaqişə alovlanmışdı.

Gərgin seçkilərdən sonra yeni hökumət qurmağa çalışan İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü bəyan edib ki, İranın yaratdığı “mövcudluq təhlükəsi”ni aradan qaldırmaq üçün ABŞ Prezidenti Donald Trampla birlikdə işləyə bilər.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:16