mobil versiya

Livanın baş naziri nüfuzlu ölkələri İsrailin təcavüzünün qarşısını almağa çağırıb




Livanın baş naziri Nəcib Mikati İsrailin bazar ertəsi Livanın şərqinə və cənubuna intensiv zərbələr endirməsi və İsrail ordusunun Hizbullahın 150-yə yaxın hədəfinə hücum etdiyini bildirməsi fonunda “dağıdıcı planı” pisləyib.


"İsrailin Livana davam edən təcavüzü sözün hər mənasında məhvetmə müharibəsidir və Livanın kənd və şəhərlərini məhv etməyi hədəfləyən dağıdıcı plandır" - Mikati Nazirlər Kabinetinin iclasında deyib. O, Birləşmiş Millətlər Təşkilatını, Baş Assambleyanı və nüfuzlu ölkələri İsrailin təcavüzünün qarşısını almağa çağırıb.

Reportyor.az

KARUSEL / DÜNYA
Tarix: 23-09-2024, 14:28